Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsi təcili eniş etdi

Rusiyanın Kazan şəhərindən Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsi təcili eniş edib.

Qeyd olunur ki, təyyarə sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən havaya qalxdığı aeroporta geri qayıtmaq məcburiyyətində qalıb.

Halı pisləşən sərnişin xəstəxanaya yerləşdirilib.