"Barselona" türkiyəli futbolçunu transfer etdi

İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

Kataloniya təmsilçisi Avstriya "Rapid"inin yarımmüdafiəçisi Yusuf Demiri icarəyə götürüb. 18 yaşlı türk əsilli oyunçu ilə 1 illik müqavilə imzalanıb.

La Liqa klubu növbəti mövsümün sonunda 10 milyon avro təzminat qarşılığında istedadlı futbolçunu birdəfəlik transfer edə bilər.

Avstriya millisinin formasını geyinən Demir hələlik "Barselona"nın B komandasında çıxış edəcək.

Comment