“Gazprom”un ixrac gəlirləri 58 % artıb

Bu ilin 5 ayında Rusiyanın enerji şirkəti “Gazprom”un təbii qaz ixracından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 57,7 % artaraq 16,2 milyard ABŞ dollarına çatıb.

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin hesabatında bildirilib.

Məlumata görə, yanvar-may aylarında “Gazprom”un boru kəmərləri ilə təbii qaz ixracının həcmi 15,3 % artaraq 91,4 milyard kubmetrə yüksəlib.

Qeyd edək ki, dünyanın ən böyük təbii qaz istehsalçısı olan “Gazprom” Rusiya qanunları ilə ölkənin boru kəmərləri ilə təbii qaz ixrac etməsinə icazə verilən tək şirkətdir.