Amerika Kuboku: Kolumbiya yığması bürünc medal qazandı

Futbol üzrə Kolumbiya millisi Amerika Kubokunun bürünc medalları uğrunda görüşdə Perunu 3: 2 hesabı ilə məğlub edib.

Xuan Cuadrado (49-cu dəqiqə) və Luiz Diaz (66, 90 + 4) Kolumbiyanın heyətində fərqləniblər. Perudan isə qolları Yosimar Yotun (45) və Canluka Lapadula (82) vurdu.

Qeyd edək ki, Kolumbiyalılar artıq beşinci dəfədir ki Amerika Kubokunda üçüncü yeri tuturlar.