Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xərcləri gəlirlərini üstələyib

2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1,429 milyon manat gəlir əldə edib.

Bunun hamısı birja əməliyyatlarından əldə edib.

Ötən il qurumun xərcləri isə 1,566 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 1,134 milyon manat, sərf edilmiş materialların dəyəri 34 min manat, amortizasiya xərcləri 122 min manat, sair əməliyyat xərcləri isə 276 min manat olub.