İsmayıllıya istirahətə gedən Abşeron sakini göldə batıb

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

İsmayıllı rayonuna istirahətə gedən Abşeron rayonu Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Qəhrəmanov Həsən Əli oğlu rayonun İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır.