“Bakı-Tbilisi-Ceyhan” üzrə əməliyyat xərcləri 21 milyon dollar artıb

2021-ci ilin birinci yarısında “Bakı-Tbilisi-Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə 69 milyon dollardan artıq, əsaslı xərclərə isə 12 milyon dollardan artıq vəsait xərclənib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat xərcləri 43,8 faiz artıb, əsaslı xərclər isə 14,3 faiz azalıb. 

“Ceyhan” terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunan 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənmiş və yola salınıb. Bu 2020-ci ilin müvafiq dövründə əldə edilən nəticə ilə müqayisədə 2 milyon ton azdır.

Comment