Cənubi Qafqaz Boru Kəmərinin ötürücülüyü 40 faiz artıb

2021-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyat xərcləri təqribən 27 milyon dollar, əsaslı xərclər isə təqribən 11 milyon dollar olub.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, boru kəməri üzrə əməliyyat xərcləri 22,7 faiz, əsaslı xərclər isə 2,2 dəfə artıb.

İlin altı ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 46,51 milyon kubmetr olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları - BP (28,8 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzSCP (10 faiz), NİKO (10 faiz), LUKOYL (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz).

Comment