NASA Mars simulyasiyası üçün əməkdaşlar axtarır

ABŞ Aerokosmik Agentliyi (NASA) bir illik Mars simulyasiyaları üçün əməkdaşların cəlb olunması barədə elan verib.

Qurumun rəsmi saytında yer almış elanda simulyasiyaların 2022-ci ilin payızından etibarən başlanacağı bildirilib.    

Həmçinin, Mars missiyasına hazırlıq çərçivəsində üç simulyasiyanın həyata keçiriləcəyi, prosesin Conson Kosmik Mərkəzində baş tutacağı qeyd edilib.

Bununla yanaşı, namizədlərin 30-55 yaş arasında olması da vurğulanıb.

Comment