KİV: "Barselona" Lionel Messiyə yeni təklif irəli sürüb

İspaniyanın "Barselona" futbol klubu son dəfə Argentina yığmasının hücumçusu Lionel Messi ilə müqaviləni imzalamaq cəhdinə təşəbbüs göstərib.

Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri “La Porteria”ya istinadən məlumat yayıb.

Məlumata görə, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmır.

Avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib. Bu İspaniya La Liqasının reqlamentininin maliyyə və struktur maneələri ilə bağlıdır. Bildirilir ki, argentinalı Fransanın "Pari Sen-Jermen” klubuna" keçidə yaxındır.

Messi 2005-ci ildən "Barselona"nın əsas heyətində çıxış edirdi. Onun Katalon klubu ilə müqaviləsi iyunun sonunda başa çatıb. Otuz dörd yaşlı hücumçu ötən mövsümdə İspaniya Primerasında 35 matç keçirib, 30 qol (üçü penaltidən) vurub və 9 məhsuldar ötürmə edib.

Comment