Gülşah xəyanəti bağışladı, barışdılar

Modelyer Gülşah Saraçoğlunun qeyri-qanuni eşq yaşayan Gökhan Gözlə bağlı yeni qərarı gündəm olub.

Tez-tez ayrılıb barışan cütlük yenə bir araya gəlib. Gülşah beşinci dəfə Gökhanla barışmaq qərarı alıb.

Cütlüyün avtomobildə çəkilən yeni fotosu yayılıb.

Qeyd edək ki, Gökhanın müğənni Berdan Mardinin keçmiş həyat yoldaşı Fatoş Yellilerlə boşanma ərəfəsində olarkən eşq yaşadığı ortaya çıxıb. Bununla bağlı açıqlama verən Fatoş Gökhanın onun evli olduğunu bilmədiyini deyib

Bu açıqlmadan əvvəl isə Gülşah tanımadığı bir qadına görə Gökhanla münasibətlərinə son qoyduğunu bildirmişdi.

Comment