Məşhur türkiyəli aktrisa Sabina Toziya 75 yaşında dünyasını dəyişib.
Bu barədə ssenarist Bahadır Özdener İnstaqram hesabında yazıb.
“Allahdan anamıza rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik” deyə, Bahadır bildirib.
Qeyd edək ki, aktrisa son olaraq “Eşkıya dünyaya hükümdar olmaz” serialında “Hayriye Çakırbeyli” obrazını canlandırıb. Beynində şiş aşkarlanan aktrisa daha sonra serialdan ayrılmalı olub.
O, eyni zamanda “Muhteşem yüzyıl” serialında “Afife hatun” obrazına həyat verib. Bundan başqa Toziya “Bal kaymak” və “Annemin yarası” adlı filmlərdə də rol alıb.