DÇ-2022: Seçmə mərhələ oyunlarında qonaq komandanın azarkeşləri olmayacaq

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə sentyabrda baş tutacaq seçmə oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq.

Bu barədə UEFA və FIFA qərar çıxarıb.

Qərar qitədə koronavirusa yoluxmanın artması ilə əlaqədardır. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan Azərbaycan millisi sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.

Comment