Egey dənizində, Milos adası yanxılığında göyərtəsində 18 nəfər olan gəmi batıb.
Məlumatı Yunanıstanın ERT ictimai televiziyası yayıb.
Hadisə yerinə Yunanıstan Hərbi Dəniz Qüvvələrinin sahil-mühafizə xidmətinin 3 patrul kateri göndərilib. Qəza yerində axtarış aparılır. Hələlik batan su nəqliyyat vasitəsinə yaxta, yaxud turist kateri olub-olmaması məlum deyil. Nəqliyyat vasitəsinin hansı dövlətə məxsus olduğu barədə məlumat verilməyib.