Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qanlı hadisə baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Xutor qəsəbəsində tərəflər arasında yaranan dava bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alanlar 1994-cü il təvəllüdlü İbişli Ceyhun Elman oğlu, 2000-ci il təvəllüdlü Şəfiquliyev Anar Əkbər oğlu və 1994-cü il təvəllüdlü Sabirli Elnur Pənah oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Sabirlinin vəziyyəti ağır olduğu bildirilir, bıçaq onun boyun nahiyəsinə nüfuz edib.
Məlumata görə, onlar dostdurlar.
Hadisənin təfərrüatı araşdırılır.