4 gün əvvəl əməliyyat olunan aparıcı Seren Serengil yeni yayımlanacaq proqramının tanıtım çəkilişi üçün kamera qarşısına keçib.
"Söylemezsem olmaz" proqramının təqdimat videosunu İnstaqram hesabında paylaşan aparıcı tikişlərinin hələ alınmadığını bildirib:
"4 gün olar ki, əməliyyat olunmuşam. İlk dəfə bu səhər yataqdan qalxdım. Tikişlərim alınmadan gecikmiş də olsa, tanıtım çəkilişini etdim. Yeni mövsümdə görüşmək üzrə".
İzləyicilər həddindən artıq çəki itirən Serən üçün narahat olduqlarını yazıblar.
Qeyd edək ki, Seren Serengil artıq çəkilərindən xilas olmaq üçün aylar öncə əməliyyat olunub. Bundan sonra sürətlə çəki itirən aparıcının sağlamlığında müxtəlif problemlər yaranıb. O, sonuncu dəfə öd kisəsindən əməliyyat olunub.