Əlcəzairdə meşəni yandıran şəxsi döyüb özünü yandırdılar

Əlcəzairin Larba-Nat-İraten şəhərində meşələri yandırmaqda şübhəli bilinən şəxslər əhali tərəfindən linç edilib.

Belə ki, üç şəxs yerli sakinlər tərəfindən döyülüb. Bu zaman polis döyülən şəxsləri bölməyə aparmağı bacarıb.

Lakin meşəni yandıran şəxslərdən biri, Cəmal Bensmail asayiş keşikçiləri tərəfindən polis bölməsindən çıxarılaraq şəhərin meydanına gətirilib. Burada əhali onu döyüb, daha sonra yandırıblar. Nəticədə Cəmal Bensmail ölüb.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi açılıb, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında Camel Bensmaili bıçaqlayan şəxs və camaatı cəsədi yandırmağa təhrik edən qadın da var.

Comment