3435 hərbçi “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif olunanların 1-i general-leytenant, 1-i general-mayor, 32-si polkovnikdir.

Comment